Dünyaya gəlmişik, qəm ilə həmdəm olmuşuq
Dünyaya gəlmişik, qəm ilə həmdəm olmuşuq, Qəm aşinası dəhrdə biz hər dəm olmuşuq.
Qəmdən mən ayrı düşməmişəm, məndən isə qəm, Hər yerdə olmuşuqsa da, biz həmdəm olmuşuq.
Dünyaya gəlmədən qəmi-ləli-ləbinlə biz, Yoxluqla ömrlər uzunu bahəm olmuşuq.
Ta kim, sənin kaman qaşına bağladıq könül, Peyvəstə biz nişaneyi-tiri-qəm olmuşuq.
Bizdən qəmin bəlaləri bir dəm az olmamış, Hər ləhzə biz bəlalərinə məhrəm olmuşuq.
Əzm eylədiksə hər yerə biz bir niyaz üçün, Üftadəlikdə xaki-qədəm tək kəm olmuşuq.
Bir dəm, Füzuli, yetməmişik arizumuza, Dərdü ələm yükilə kəman tək xəm olmuşuq.