Dünyadə eşq qədrini huşyar olan bilir
Dünyadə eşq qədrini huşyar olan bilir, Azadəlik səfasını bidar olan bilir.
Xurşid qədrini nə bilir huşi kurlər. Bu feyzi-nuri sahibi-əbsar olan bilir.
Qədri-kəmali-hüsnü bilir aşiqi-həzin, Əlbəttə, qədri-zərri xəridar olan bilir.
Qal əhli bilməsə dəhənin sirrin, eybi yox, Sərbəstə sirri məhrəmi-əsrar olan bilir.
Aşiq çəkən qara günü əyyami-hicrdə, Sevdayi-zülfün ilə günü tar olan bilir.
Çeşmindən özgə hali-dilim kimsə bilməyir, Bimarlər bəlasını bimar olan bilir.
Mən çəkdigim bəlaləri, ey Seyyidi-həzin, Dərdi-fəraqi-yarə giriftar olan bilir.