Dünya çün mürdardır, igrən könül, mürdardan!
Dünya çün mürdardır, igrən könül, mürdardan! Gül degil dünya, tikandir, nə umarsan xardan?
Dünyada bir yar vəfalı kimsənə görmüş degil, Fariğ ol barı, nə hasil şol vəfasız yardan?
Axirət darından istə hər nə məqsudun ki, var, Dünyanın miqdarı yoxdur, keç bu bimiqdardan!
Müddəi cövrü cəfasın həddən aşırdı, vəli Yar əgər yari qılarsa, qəm degil, əğyardan.
Çün Nəsimi zahidin halını bildi kim, nədir, Meydən ikrah eyləməz, qafil degil xummardan.
Lüğət: Fariğ – Boş, qayğısız; Şol – O