Dünən gecə mənə həmbəzm bir səmənbər idi
Dünən gecə mənə həmbəzm bir səmənbər idi, Məhi-cəmalı ilə gözlərim münəvvər idi.
Başımda nəşeyi-mey, xatirimdə zövqü səfa, Bir əldə türreyi-dilbər, bir əldə sağər idi.
Gecəm o hur cəmalilə ruztək rovşən, Yerim behişti-bərin, badəm abi-Kövsər idi.
Nə xahiş eyləsəm ol bəzm ara olub hasil, Nə arizu eləsəm yardən müyəssər idi.
O gunə çox gecələr görmüşəm behiştasa, – Və leyk, ol gecə həm, bir behişti-digər idi.
Xuda keçən gecəni ömrümə hesab eləsin – Ki, hər dəqiqəsi yüz min günə bərabər idi.
O qədr axtarasan, ey şəhi-diyari-vəfa Ki, heyf öldü bu Seyyid, qəribə çakər idi.