Əsas məzmuna keç

Qəzəl

Dün könül hicr ilə bisəbri-qərar olmuş idi

Məhəmmədəli Şəfai

2

Dün könül hicr ilə bisəbri-qərar olmuş idi, Qəmi-hicrandı ki, yalnız mənə yar olmuş idi.

Ürəyim qüssəli bir guşədə əyləşmiş idim, Nurlu dünya gözümə tirəvü tar olmuş idi.

Düşünürdüm mütəfəkkir olaraq qəmlərimi, Ayrılıq vəsləti-ümmidə həsar olmuş idi.

Onda gördüm ki, müqabildə durub nazlı nigar, Gözləri cami-məhəbbətlə xumar olmuş idi.

Şuxlikiylə o şuxim mənə bir daş atdı, Baxdı güldü o gülüm güllü üzar olmuş idi.

Onu artıq bilib öpdüm həcər-əl-əsvəddən, Kəbəyi-eşqə könül çünki o güzar olmuş idi.

Dedi:—öpdün bu qara daşı Şəfai nə üçün, Dedim:—ey məh çün əlündən o nisar olmuş idi.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.