Əsas məzmuna keç

Qəzəl

Dün könül dilbərə şərhi-qəmi-pünhan etdi

Məhəmməd Füzuli

1

Dün könül dilbərə şərhi-qəmi-pünhan etdi, Cəm’ ikən, könlünü bir parə pərişan etdi.

Yer tutam, derdi könül, nalə ilə kuyində, Yetmədi bir yerə hər necə ki, əfğan etdi.

Və’də verdi cigərim qanın içə müjganın, Intizar ilə bu həsrət cigərim qan etdi.

Qəmzə tiğilə gözün könlümü yüz parə qılıb, Hər birin bir hədəfi-navəki-müjgan etdi.

Qıldı mehrabə qaşın fikri fəqihi mail, Gör necə kafiri ol və’z müsəlman etdi.

Görəyin çox yaşasın didə ki, mərdümlük edib, Qəm hücumində məni əşk ilə pünhan etdi.

Ey əcəl, can təməin qılma Füzulidən kim, Bir kəmanəbruyə çoxdan onu qurban etdi.

Lüğət: Navək – ox; Didə – göz; Əşk – göz yaşı

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.