Dün, ey Səfa ki, etmiş idin, xoşsəfa məni
Dün, ey Səfa ki, etmiş idin, xoşsəfa məni, Topraqdən götürmüsən, ey dilrüba, məni.
Qurban bu mehribanlığa, ey Kəbeyi-ümid, Bundan sora çevir başuva, qıl fəda məni.
Hər yerdə kim, olam sənin, ey şəh, qulamınam, Yazmış sənə qulam əzəldən qəza məni.
Hər gün sənin hüzuruva mən gəlmək istərəm, Bu əmrdən mümanəət eylər həya məni.
Cami-mey ilə həmdü səna söhbətin yazıb, Guya təsəvvür etmisən əhli-riya məni.
Xaki-dərindən olduğuma neçə gün cüda, Ey dust, gərçi yazmış idin bəd əda məni.
Rahi-məhəbbətində sənin olmamış şahid, Səndən, ilahi, eyləməsi həq cüda məni.
Düşnam olsa da, mənə şirindi sözlərin, Seyyid kimi hesab eləmə bivəfa məni.