Dün eşitdim gülşənə naz ilə etmişsən güzar
Dün eşitdim gülşənə naz ilə etmişsən güzar, Rəşki-ruyindən yetişmişdir gülə yüzlərcə xar.
Sən bahar əyyamı göstərdin camalın bağdə, Bağ nəqşindən xəcalət çəkdi-nəqqaşi-bahar.
Əks edibdir gülüzarın şişeyi-ayinədə, Ya ki, al lalə bitirmiş hər tərəfdə cuybar?
Əks edən sayə deyildir, bəlkə cami-rəşkdən, Məst düşmüş cuybarə sərvlər, ey gülüzar!
Qönçələr dilxun olub ləli-ləbin rəşkilə kim, Od tutub yanmaqdadır şəmi-rüxündən laləzar.
Qamətindən kölgələr düşdükcə yolda sağ-sola, Sanki dolmuşdur mələklərlə sərasər rəhgüzar.
Ey gözüm, rahi-vəfa içrə Füzuli neyləmiş? Kim, salıbsan gözdən, etmişsən onu bietibar