Dün dolandım başına, söylədi pərvanədi bu
Dün dolandım başına, söylədi pərvanədi bu, Zülfün aldım əlimə, güldü ki, divanədi bu.
Həlqeyi-zülfdə gör xali-siyahın, ey dil, Birisi dami-bəladır, birisi danədi bu.
Arizi-yarıma bax, yoxdu gər əqlində qüsur, Vaiza, vəsfi-behişt eyləmə, əfsanədi bu.
Sanma məscid kimi, bisidqü iradət gəlmə, Ey gözüm, gözlə ədəb, guşeyi-meyxanədi bu.
Bu degil pərdeyi-Üşşaqü Nəhavəndü Hicaz, Qülğülə ərşə salan nəreyi-məstanədi bu.
Uyma zəntəblərə, tut şəhi-Mərdan yolunu Ələ al sağəri-mey, məşrəbi-mərdanədi bu.
Seyyida, çək gözə eyvani-tila sürməsini. Can yetib kamına kim, mənzili-cananədi bu.