Əsas məzmuna keç

Qəzəl

Dün dedim: – tərk et yolunda, təndə candır sən deyən

Şah İsmayıl Xətai

1

Dün dedim: – Tərk et yolunda, təndə candır sən deyən, Leyk bu cismim içində laməkandır sən deyən.

Yarə sordum ki, dəhanın ğönçədir, ya zərrədir? Yar eydir: – Mən dəxi bilmən, binişandır sən deyən.

Mən dedim: – Gördüm şəbistan pərdədən ol çöhrəni, Yar eydir: – Yarın degildir, binişandır sən deyən.1

Mən dedim: – Mənzərdə gördüm pür cəmalın hər gecə. Yar eydir: – Təkdürür ol, mah-asimandır sən deyən.2

Bu Xətayi dedi kim, yüzündə gördü həq yüzün, Der: – Xəyalındır sənin, gözdən nihandır sən deyən.

Lüğət: Dün – dünən, gecə; Dəhan – ağız; Şəbistan – yataq otağı, hərəmxana; Pür – dolu; Mah – ay; Nihan – gizli

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.