Əsas məzmuna keç

Qəzəl

Du zülfündən mənə bir mu gərəkdir

Şah İsmayıl Xətai

1

Du zülfündən mənə bir mu gərəkdir, Sənin vəslindən ancaq bu gərəkdir.

Könüldən getməz ol çeşmin xəyalı, Bəli, Məcnunlara ahu gərəkdir.

Cəfavü cövrünüzdən inciməz dil Ki, xublar daima bədxu gərəkdir.

Gözüm yaşın tökərmən ayağuna, Bəli, sərv ayağunda su gərəkdir.

Xətayi sözlərin səm’ etsün ol ay Ki, xublar guşinə lö’lu gərəkdir.

Lüğət: Çeşmi – giryan – ağlar göz; Dil – ürək; Xublar – gözəllər; Səm – eşitmə, qulaq asmaq

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.