Əsas məzmuna keç

Qəzəl

Dözməyib hicrə, könül, hər gecə fəryad etdin

Seyid Əzim Şirvani

1

Dözməyib hicrə, könül, hər gecə fəryad etdin, Axır ol mahı mənim qətlimə cəllad etdin.

Zülfi-müşkininə dil verdin, o, qanın tökdü, Bu xəta düşdü özündən, mənə isnad etdin.

İltifat eylədin əvvəl mənə şirin-şirin, Axır eşqində məni aləmə Fərhad etdin.

Yox idi aşiqi-şeyda ürəgin qan etmək, Bunu da xublar arasında sən iycad etdin.

Seyyidi-süxtəni atəşi-naz ilə yaxıb, Şəmi pərvanəni yandırmağa mötad etdin.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.