Doydu göz hər barədən məhparələrdən doymadım
Doydu göz hər barədən məhparələrdən doymadım, Məst gözlərdən, gözəl rüxsarələrdən doymadım.
Hər qara zülfü görüb, könlüm əsir oldu ona, Ağ günü qara edən, ol qarələrdən doymadım,
Doydular qanımdan, əyri, tiğə bənzər qaşlılar, Həsrətim qaldı, mən ol xunxarələrdən doymadım.
Şux yerişli nazəninlər biqərar etdi məni, Nə təmaşədən, nə o rəftarələrdən doymadım.
Hər zaman, hər yerdə gördüm bir gülüzlü nazənin, Ləblərin əmdim, o şəkkərbarələrdən doymadım.
Görmədimsə bu gözələrdə vəfavü etibar, Yüz cəfa çəkdim, yenə qəddarələrdən doymadım.
Bu məhəbbət aləmin, yaran, məzəmmət etməyin, Eşq ilə məxmur ikən xümmarələrdən doymadım.
Cuş edər eşqim, qocaldıqca, Şəfai, sən kimi Mən də bu yurdumdakı məhparələrdən doymadım.