Əsas məzmuna keç

Qəzəl

Dövri-qəmər məlahətin hüsnünə ixtimam edər

İmadəddin Nəsimi

1

Dövri-qəmər məlahətin hüsnünə ixtimam edər, Üzünə vahibüs-süvər xubluğu müstədam edər.

Lə’li-ləbin vüsalını can ilə istədi könül, Fikri-məhalə gör necə düşdü, xəyali-xam edər.

Aşiqi-sadiqin qanı çün ləbinə halal imiş, Aşiqə vəslini nədən lə’li-ləbin haram edər.

Kimsə cahanda görmədi sübh ilə şamı müctəme’, Gör necə zülfü arizin vəsləti-sübhü şam edər.

Mehr ilə Mahü Müştəri hüsnünə bəndədir, vəli Sərv ilə sidrə özünü qamətinə qulam edər.

Fitnə gözün xumarını zahir əgər qılar isən, Ağzına kim alır meyi, kim dəxi fikri-cam edər.

Şərhi-dəhani-yarımı kim ki, sorar Nəsimiyə, Bir söz ilə hekayətin müxtəsərü tamam edər.

Lüğət: Qəmər – Ay; Müstədam – Uzun, əbədi; Müctəme – Birləşmiş; Ariz – Üz; Sidrə – Lotos; Dəhan – Ağız

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.