Dörd müxalif cəm olanda bil ki, əsması nədir
Dörd müxalif cəm olanda bil ki, əsması nədir, Elm ilə bilgil anın ismü müsəmması nədir?
Arif isən, nəfsini qurtar məqami-suflidən, Dəgmə əhvəl nə bilür mənzili-ə’lası nədir?
Şöhrətü zərqü riyadır zahidin əfsanəsi, La deyər hər dəmbədəm bilməz ki, illası nədir.
Mən münacat eylərəm hər dəmbədəm dər-kuyi-dust, Çün vücudun Tur olanda bil ki, Musası nədir.
Əhli-həq hər yerdə məskən dutsa həqdir mənzili, Kə’bəvü bütxanəvü məscid, kəlisası nədir?
Dünyanın qalü qilindən keç, Nəsimi, fariğ ol, Aləmi-vəhdəti gözlə, bunca qovğası nədir?
______________________Milli Kitabxana_______________________
Lüğət: Müxalif – Düşmən; Əsma – Adlar; Dəgmə – Nadan; Əhvəl – Çəpgöz, əyrigöz; Zərq – Hiylə, yaltaqlıq; Fariğ – Boş, qayğısız