Əsas məzmuna keç

Qəzəl

Dönmüşəm qəmdən hilala şol məhi-taban üçün

İmadəddin Nəsimi

1

Dönmüşəm qəmdən hilala şol məhi-taban üçün, Qılmışam qurban bu canı şol şəhi-xuban üçün.

Zülf dağıtmış rüx üzrə, örtər imanı, məgər Ruma gəlmiş kafiri-Çin qarəti-iman üçün?

Gərçi ehsanı cəfadır yarına yarın müdam, Daima şükr eylərəm şol daimül-ehsan üçün.

Gövhəri kanında buldu, hər ki, buldu cövhəri, Cövhəri ol, cövhəri bul, cövhəri hər kan üçün.

Düş mühiti-eşqə, istə lö’löi-şəhvarını, Canını dəryaya atma gövhəri-ümman üçün.

Eşq meydanında hər kim olmadı Isfəndiyar, Bəlkə Söhrab olmadı şol Rüstəmi-dəstan üçün.

Çün ləbin abi-həyatı hasil oldu Xızra tək, Zülm ola zülmata varmaq çeşmeyi-heyvan üçün.

Gərçi tökdü işvəsi şirin dodağın qanımı, Şər’ilə kimdir soran yarğuyu yüz min qan üçün.

Ey Nəsimi, Fəzli-həqdən çün qənisən, fariğ ol, Gör bu dövranı, qayırma gərdişi-dövran üçün.

Lüğət: Şol – O; Rüx – Üz; Yarın – Səhər; Fariğ – Boş, qayğısız

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.