Əsas məzmuna keç

Qəzəl

Dolanım başuva, ey nazlıca yarım, bəri bax

Seyid Əzim Şirvani

1

Dolanım başuva, ey nazlıca yarım, bəri bax, İşvəli, qəmzəli, çəm-xəmli nigarım, bəri bax.

İşvə ağaz qılıb səbrimi tarac eləmə, Getdi dildən dəxi aramü qərarım, bəri bax.

Xəm yemiş qamətim əbrulərivün qurbanı, Zülfi-pürtabuva qurban təni-zarım, bəri bax.

Bu cəfadidə dil ol kakili-mişkinə fəda, Gözlərin sədqəsi bu cismi-fikarım, bəri bax.

Can nisar etməgə amadədi Seyyid, gözəlim, Gər desən lütf ilə: ey aşiqi-zarım bəri bax!

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.