Əsas məzmuna keç

Qəzəl

Dodağın qənd imiş, bal anda neylər?

Şah İsmayıl Xətai

1

Dodağın qənd imiş, bal anda neylər? Nə nazik xətt imiş, xal anda neylər?

Əlifə nisbət etdim qəddi-dalın, Əlif üstə əlif, dal anda neylər?

Zahidin geydigi sufü səqərlat, Fəqirin geydügi şal anda neylər?

Kimin kim malı, mülki, gənci çoxdur, Gəncü mülk olmayan mal anda neylər?

Xətayi qal evində halə yetdi, Bu bir hal evidir, qal anda neylər?

Lüğət: Bal – qanad; Xətt – yanaq, yazı; Dal – budaq, hərf adı; Gənc – xəzinə; Qal – danışıq, mübahisə

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.