Əsas məzmuna keç

Qəzəl

Dodağın qənd imiş, bal anda neylər?

İmadəddin Nəsimi

1

Dodağın qənd imiş, bal anda neylər? Nə nazik xətt imiş, xal anda neylər?

Yedi hərf oldu çün hər bir vərəqdə, Əlif ya lam əlif dal anda neylər?

Sufi ətləs geyər, zahid səqərlat, Fəqirin geydiyi şal anda neylər?

Kimin ki yoxdurur gənci-nihanı, Ya anca mülk ilə mal anda neylər?

Nəsimi nara düşdü yar əlindən, Bu özgə hal imiş, qal anda neylər?

Lüğət: Fəqir – Yoxsul; Gənc – Xəzinə

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.