Əsas məzmuna keç

Qəzəl

Dinləgil bu sözü ki, candır söz

İmadəddin Nəsimi

1

Dinləgil bu sözü ki, candır söz, Aliyü asimanməkandır söz.

Şeş cəhətdən münəzzəh anlavü bax, Şöylə kim, xaliqi-cahandır söz.

Nazilü münzil anla kim, birdir, Kəndi kənduyə tərcümandır söz.

Tulü ərz ilə ümqü bulunmaz Yə’ni bihəddü binişandır söz.

Bu hədisə nəzər qıl, ey aqil, Anlayasan ki, bigümandır söz.

Ərşi-rəhman dedi nəbi könülə, Çünki gördü, könüldə kandır söz.

Dedi ya kafüha, əyzə-bikə, Çün Əli bildi, müstəandır söz.

Qeyri-məxluqdur, nə demək olur, Anla kim, imdi rayigandır söz.

Əqli-küll ərşü kürsü, lövhü qələm, Çar ünsür, nöh asimandır söz.

Zahirü batin, əvvəlü axir, Aşikaravü həm nihandır söz.

Ey üqulu nəsəb edən isbat, Qamuya söz de kim, hamandır söz.

______________________Milli Kitabxana_______________________

Kafü nundan vücuda gəldi cahan, Əgər anlar isən, əyandır söz.

İsiyi-pak, Adəmü Əhməd, Mehdiyi-sahibəz-zəmandır söz.

Bu bəyanı dilərsən anlayasan Kim, necəsi filan-filandır söz.

“Cavidannamə”yi gətirgil ələ, Ta biləsən ki, nəsnə candır söz.

Sözə bu izzü cah yetməzmi, K’aydalar Fəzli-qeybdandır söz.

Aqil isən sözünü müxtəsər et, Ey Nəsimi, çü bigirandır söz.

______________________Milli Kitabxana_______________________

Lüğət: Münəzzəh – Günahsız, təmiz; Kəndu – Özü; Ərz – Yer; Nəsnə – Bir şey

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.