Əsas məzmuna keç

Qəzəl

Dinin günəşi, dünyada imanım əfəndi

İmadəddin Nəsimi

1

Dinin günəşi, dünyada imanım əfəndi, Alimlər ümidi, məhi-tabanım əfəndi.

Könlüm, gözümün nuru, vücudumda həyatım, Hər dəm damarımda yeriyən qanım əfəndi.

Cənnət çəmənində salınan huri-nəimin Gül rayihəli sərvi-xuramanım əfəndi.

Gülnarımü narım, çiçəyim, meyvəli bağım, Laləm, səmənim, sünbülü reyhanım əfəndi.

Bağım, irəmim, rövzə ilə huri-cinanim, Bülbüllər üçün tazə gülüstanım əfəndi.

Kanım, gühərim, mə’dəni-yaquti-rəvanım, Qiymətli olan lə’li-bədəxşanım əfəndi.

Eşqində Nəsimi çü qılır canını qurban, Qurbanına qurban olayım, canım əfəndi.

Lüğət: Rövzə – Bağ; Dəni – Alçaq

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.