Din məhəmməd dinidir səllə əla sahib vüqar
Din Məhəmməd dinidir səllə əla sahib vüqar. Kövsərin suyin verən şahım Əlidir şəhsüvar.
Həm səxidir, həm səxadır, kainatın eynidir, Kimsə nə bilür, anın sirrin bilür pərvərdigar.
Dedilər kim, bu cəhanın nuri kimdir, kim ola? Mir Həsəndir, şah Hüseynin alı oldu yadigar.
Daş yarıldı, çıxdı Düldül yəhərü yügən ilə, Ey münafiq, yola gəlgil, eyləmə şahdan kənar.
Xanda varsan, ey Xətayi, sən bu ləfzi söyləgil; “Lafəta illa Əli, lasöyfə illa Zülfiqar”.
Lüğət: Sirri – əf’al – işlərin sirri; Pərvərdigar – yaradan; Nuri – rəhman – ilahi nur; Münafiq – günahkar, düşmən; İlla – ancaq, savayı, başqa