Dilü can valehi-hər gülrüxi-cananə idi
Dilü can valehi-hər gülrüxi-cananə idi, Gərçi cananələrin qəsdi dilü canə idi.
Könlümə düşmüş idi, bir neçə bütlər həvəsi, Bir zaman beyti-xuda dəhrdə bütxanə idi.
Suzişi-nari-cəfadən eləməzdi pərva, Harda bir şəm görə dövrünə pərvanə idi.
Dili-şeyda səri-geysulərə olmuşdu əsir, Bağlanıb silsileyi-eşqdə divanə idi.
Harda bir rişteyi-zülf olsa, olurdu mənə dam, Kimdə bir daneyi-xal olsa mənə danə idi.
Hər büti-gülrüxi-peymanşikənin eşqi mənə, Əhdü peymanımızın şahidi peymanə idi.
Göftguyi-ləbi-şirinü şəkərdən qeyri, Hər nə kim söhbət ola Seyyidə əfsanə idi.