Dildarə müştaq oldu can, anın camalın arzular
Dildarə müştaq oldu can, anın camalın arzular, Hicrinə qatlanmaz könül, yarın vüsalın arzular.
Yandırdı şövqün bağrımı, gör tabişindən kim, necə Canım susamışdır, ləbin abi-zülalın arzular.
Yaxmaq gərəksən yaş ilə hər dəm gözün məsbahini, Gər gözlərin gerçəkləyin anın xəyalın arzular.
Çərxin hilalü bədrinə könlüm qaçan baxmaq dilər, Neçün ki, üzün bədrivü qaşın hilalın arzular.
Aşiqlərin azarına gör kim necə bel bağlamış, Şol bivəfa aşiqlərin neçün vəbalın arzular.
Çin nafəsindən bezdi can, ənbərdən usandı könül, Hər sübhdən şol dilbərin zülf ilə xalın arzular.
Yarəb, nə huri-çöhrədir şol mahi-taban üzlü kim, Gördükcə anın üzünü, günəş zəvalın arzular.
Şəhdin hədisi həm şəkər xoş gəlməz ol müştaqə kim, Şol ruhi-qüdsün məntiqi şirin məqalın arzular.
Eşqində qurban olduğun istər Nəsimi, sor nədən, Şol mə’nidən kim, dünyada hər şey kamalın arzular.
Lüğət: Müştaq – Həvəskar; Yarın – Səhər; Şol – O; Vəbal – Çətinlik; Mahi – Balıq; Şəhd – Bal