Dilbərim zülfünü bir ləhzə pərişan elədi
Dilbərim zülfünü bir ləhzə pərişan elədi, Ətr-bar oldu cahan, dəhri gülüstan elədi.
Şanədən tel-tel olan qətrəyi tərparələri, Artırıb ətrini, aləmləri heyran elədi.
Elə bir nov müəttər elədi dünyanı, Nə gülüstandakı güllər, nə də reyhan elədi.
Oldu bazarı kəsad qalmadı ad ənbərdən, Bi-bəha oldu ətr, qiyməti ərzan elədi.
Mişkini nafədə gizlətdi Xəta ahuları, Utanıb eylədiyi fəxri də pünhan elədi.
Dərdi-eşqin demə Loğman elədi çarəsini, Mərəzi-eşqə Şəfai özü dərman elədi.