Əsas məzmuna keç

Qəzəl

Dilbərim, kaş ki, dərbanın olaydım gecələr

Məhəmmədəli Şəfai

2

Dilbərim, kaş ki, dərbanın olaydım gecələr, Pasibani-dəri-eyvanın olaydım gecələr.

Qoymayaydım ki, qoya kuyuvə əğyar qədəm, Xəlvəti-vəslivə mehmanın olaydım gecələr.

Günüz avara cünunlar kimi sərgərdanın, Bəstəi-zülfi-pərişanın olaydım gecələr.

Əldə dəf, dildə vətən mahnısı sən oynar ikən, Şivəi-rəqsivə heyranın olaydım gecələr.

Döşənəydim ayağın altına, gündüz xalı tək, Yer yatağındakı yorğanın olaydım gecələr.

Gül yüzün şəminə can verməgə pərvanə kimi Dolanıb başıva, qurbanın olaydım gecələr.

Öpərək ləblərivi dildə Şəfai qəzəli, Bülbüli-qönçəyi-xəndanın olaydım gecələr.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.