Əsas məzmuna keç

Qəzəl

Dilbəra, zülfün şəbində mahi-taban gizlidir!

İmadəddin Nəsimi

1

Dilbəra, zülfün şəbində mahi-taban gizlidir! Ənbərin zülfündə daim ənbərəfşan gizlidir.

Yazılıdır səfhəsində surətin inna fətəh, Hərf-hərf anın üzündə xətmi-Qur’an gizlidir.

Ləblərindən daima axar həyati-cavidan, Şol səbəbdən dilbərin abında heyvan gizlidir.

Doğradı qəmzən xədəngi, bağrımı qan eylədi, Şol səhamın qəmzəsində zəxmi-peykan gizlidir.

Gözü kordur, görmədi üzündə iman nurunu, Gül yanağın çöhrəsində nuri-iman gizlidir.

Dərdimin çünkim dəvasın bilmədi, sordum təbib, Şol səbəbdən kim, sənin dərdində dərman gizlidir.

Əhdü peyman istədi səndən Nəsimi, ey nigar, Əhdü peymanında anın əhdü peyman gizlidir.

Lüğət: Mahi – Balıq; Ənbərəfşan – Ənbər saçan; Şol – O; Zəxm – Yara

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.