Əsas məzmuna keç

Qəzəl

Dilbəra, yüzünü görsəm mahi-tabanım derəm

Şah İsmayıl Xətai

1

Dilbəra, yüzünü görsəm mahi-tabanım derəm, Boyunu görgəc budur sərvi-xuramanım derəm.

Kirpigin, qaşın görüb tirü kamanım söylərəm, Zülf ilən vəchin görüb şəm’i-şəbistanım derəm.

Zəhməti-dərdin könüldə eyni-dərmandır mana, Can demən mehrinə təndə, bəlkə cananım derəm.

Bülbüli-baği-vüsaləm, ey güləndamım mənim, Arizü rüxsarını görsəm, gülüstanım derəm.

Eşqiniz könlündə çün dutmuş Xətayinin məqam, Mən anı viran içində gənci-pünhanım derəm.

Lüğət: Taban – parlaq; Vəch – səbəb, üz; Şəbistan – yataq otağı, hərəmxana; Ariz – yanaq; Gənc – xəzinə

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.