Əsas məzmuna keç

Qəzəl

Dilbəra, şəmsüzzühadır ayəti-rüxsarınız

İmadəddin Nəsimi

1

Dilbəra, şəmsüzzühadır ayəti-rüxsarınız, Ayəti-tahavü yasin surəti-didarınız.

Qamətin tubadurur, nun vəl-qələmdir qaşların, Hazihi cənnati-ədnin lə’li-şəkkərbarınız.

Sureyi-vəlleyl zülfün, gözlərin nə’məlbəsər, Leyk sübhanəlləzi-əsradurur əsrarınız.

Surətin vəşşəms oxuram dəmbədəm ixlas ilə Ta ki, hüsnünü bəladən saxlasın cəbbarınız.

Qul kəfa billahidir zikri Nəsimi xəstənin, Həq bilir kim, sümmə-vəchullahdurur didarınız.

Lüğət: Şəmsüzzüha – Səhər günəşi; parlaq günəş; Didar – Görüş; Əsrar – Sirlər; İxlas – Səmimilik; Zikr – Xatırlama, söyləmə

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.