Əsas məzmuna keç

Qəzəl

Dilbəra, şəmsüz-zühadır şö’leyi-rüxsariniz

Şah İsmayıl Xətai

1

Dilbəra, şəmsüz-zühadır şö’leyi-rüxsariniz, Ayəti-Tahavü Yasin surəti-didariniz.

Qamətin tubadurur, Nun vəlqələmdir qaşların, “Hazihi-cənnətü ədnin” lə’i-şəkkərbariniz.

Ayəti-Vəlleyl zülfin, gözlərin “nə’mül-bəsər”, Leyk “Sübhanəlləzi əsra” durur əsrariniz.

Sureyi-Tə’viz oxuram dəmbədəm ixlas ilə, Ta ki hüsnini bəladən saxlasun cəbbariniz.

“Qül-kəfa billah” durur zikri Xətayi xəstənin, Həq bilür kim, “sümmə vəchüllah”dir didariniz.

Lüğət: Didar – görüş, üz; Mül – şərab, çaxır; Əsrar – sirlər; İxlas – sevgi, səmimiyyət; Hüsn – gözəllik; Zikr – anma, söyləmə

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.