Əsas məzmuna keç

Qəzəl

Dilbəra, səncələyin, billah ki, yarım yoxdurur

Şah İsmayıl Xətai

1

Dilbəra, səncələyin, billah ki, yarım yoxdurur, Bir saat sənsiz mənim səbrü qərarım yoxdurur.

Düşmüşəm eşqin qəminə, yet mənim fəryadimə, Səndən özgə hiç kimsə qəmgüsarım yoxdurur.

Arılıq, billah, sevərmən mən səni, ey dilrüba, Ta təmami sevmişəm, busü kənarım yoxdurur.

Gər məni öldürsələr, sən eylə bilgil, ey nigar, Bu məhəbbət ətəgin əldən qoyarım yoxdurur.

Aqil aydır: – Ey Xətayi, ixtiyar əldən qoma, Aşiqəm bir dərd əlində, ixtiyarım yoxdurur.

Lüğət: Dilrüba – gözəl, könülalan; Nigar – sevgili, bəzəkli

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.