Dilbəra, ol ay yüzün xurşidi-tabandır mana
Dilbəra, ol ay yüzün xurşidi-tabandır mana, Bağçan içindən axan su abi-heyvandır mana.
Məscidə varmaq nə hacət, dedim, ey zahid, mana Ruy ilə zülfi anın küfr ilə imandır mana. ____________ 1Niya – “niyə” sözüdür. Qafiyə xatirinə orijinalda “niya” yazılmışdır. Biz də o cür saxlamağı məsləhət bildik.
Müddəilər tə’nəsindən sanmanız kim, mən dönəm, Ol mənim canım içində cani canandır mana.
Mən səninlə söyləşəndə gər zimistan, gər bahar, Hər nə çağ görsəm səni, aləm gülüstandır mana.
Ey Xətayi, çün sənə həqdən nəzərdir hər zaman, Eşqin ilə bu həyatım baği-rizvandır mana.
Lüğət: Xurşid – günəş; Taban – parlaq; Abi – həyat – dirilik suyu; Küfr – inamsızlıq, kafirlik; Rizvan – behişt, behişt qapısı