Əsas məzmuna keç

Qəzəl

Dilbəra, mən səndən ayru ömrü canı neylərəm?

İmadəddin Nəsimi

1

Dilbəra, mən səndən ayru ömrü canı neylərəm? Tacü təxtü mülkü malü xanimanı neylərəm?

Istərəm vəsli-camalın ta qılam dərdə dəva, Mən sənin bimarınam, özgə dəvanı neylərəm?

Ey müsəlmanlar, bilin kim, yar ilə xoşdur cahan, Çünki yardan ayru düşdüm, bu cahanı neylərəm?

Çox dualar qılmışam mən xaliqin dərgahına, Çün muradım hasil olmaz, mən duanı neylərəm?

Dilbər aydır, ey Nəsimi, sabir ol, qılma fəğan, Mən bu gün səbr eyləsəm, danla fəğanı neylərəm?

Lüğət: Danla – Sabah

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.