Əsas məzmuna keç

Qəzəl

Dilbəra, mehrin əzəldən sidq ilə canımda var

Şah İsmayıl Xətai

1

Dilbəra, mehrin əzəldən sidq ilə canımda var, Andan özgə kimsə yoxdur, həm bilür pərvərdigar.

Bu fəna darində əhli-zövq ilən qılgil səfa, Mülkü malü təxtü cah olmaz cəhanda payidar.

Sayeyi-qəddində gərçi yer yüzi buldu şərəf, Sayebani-rif’ətindən nöh fələk dutmuş qərar.

Gəlməmişdir sən təki aləmdə, ey sultani-hüsn, Sahibi-fəzlü kəmalü izzəti ba iftixar.

Arif isən, qoymagil əldən həqiqət mənzilin, Aqil isən, dinyeyi-ğəddarə vermə ixtiyar.

Nəzmi-əş’arın, Xətayi, hər biri dürdanədir, Söyləgil ta şahların guşində olsun guşvar.

Lüğət: Mehr – günəş; Pərvərdigar – yaradan; Hüsn – gözəllik; Fəzl – fəzilət – dəyər, üstünlük, bilik

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.