Dilbəra, mahim mənim fərrüx cəmalındır sənin
Dilbəra, mahim mənim fərrüx cəmalındır sənin, Gün dəxi şol təl’əti-fərxəndə falındır sənin.
Özgə gözlər gögə baxar görmək içün mahi-nov, Eyd içün mən baxdığım qaşi-hilalındır sənin.
Dinləmən ahəngi-qumri, bülbülin sövti ki var, Guşi-dildə hər dəmadəm qeylü qalındır sənin.
Munca dəmdir dilbərin gördün vüsalın, ey rəqib, Çün kəmalə yetmədin, imdi zəvalındır sənin.
Sürməgil mülki-Süleymandan Xətayi xəstəni, Çünki bir muri-zəifi-payimalındır sənin.
Lüğət: Şol – o; Fərxəndə – uğurlu; Nov – təzə, yeni; Eyd – bayram; Sövt – səs