Dilbəra, hüsnini sane afitab etmişdurur
Dilbəra, hüsnini sane afitab etmişdurur, Bilməzəm neyçün gözümdən dər hicab etmişdurur.
Gəl xumarım yaz mənim vəslin meyindən, ey pəri, Şol şərabın həsrəti bağrım kabab etmişdurur.
Ta yaman göz dəgməyə, ey mah, hüsnin bağına, Həq-təala zülfini pərri-ğürab etmişdurur.
Hafizi-Qur’an təki aşiqlər əzbər qılmağa, Həq cəmalın ayəti ümmül-kitab etmişdurur.
Ğəm yemən könlüm ki, məskən buldu eşqin küncüni Gərçi ol viranəni hicran xərab etmişdurur.
Ey məhi-namehriban, sorma Xətayi halını, Firqətin ol xəstəni təhti-türab etmişdurur.
Lüğət: Hüsn – gözəllik; Hicab – örtük, pərdə, utanma; Vəsl – qovuşmaq; Şol – o; Dəgmə – təsadüfi, hər yetən; Mah – ay; Ümmül – kitab – kitab anası; Firqət – ayrılıq; Türab – torpaq