Əsas məzmuna keç

Qəzəl

Dilbəra, hüsni-rüxün gülzari-cənnət bilmişəm

Şah İsmayıl Xətai

1

Dilbəra, hüsni-rüxün gülzari-cənnət bilmişəm, Hər nə kim zəhmət görürsəm, eyni-rahət bilmişəm.

Necə kim, cövrü cəfa qılsan bu ğəmgin könlümə, Ol ğəmindən ağrıman, canımda minnət bilmişəm.

Təndə can olduqca getmən asitanından sənin, Ayağın toprağını baş üstə dövlət bilmişəm.

Hər nə kim, səndən gəlürsə, xəstə könlüm nuş edər, Qəhrini rahət sanıb cövrünü rəhmət bilmişəm.

Mən Xətayi bəndəyəm bir padşah qatına ekim, Eşigində qulluğun sultanca izzət bilmişəm.

Lüğət: Hüsn – gözəllik; Cövr – zülm; Qəhr – acıq, kədər

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.