Dilbəra, hicrində kim ki, didə giryan olmadı
Dilbəra, hicrində kim ki, didə giryan olmadı, Atəşi-eşqində hər dəm bağrı büryan olmadı.
Gül yüzün əzminə dün getdim, gülüstan gəştinə, Səndən ayru xar boldu gül, gülüstan olmadı.
Ta sənin xurşid ruxsarını gördüm, çeşmimə Bir bulut oldu qəmər, ol mahi-taban olmadı.
Munca kim, gördü səni zahid, yüzüni sevmədi, Lacərəm, ol kafərin könlündə iman olmadı.
Bu Xətayi eşqinə neyçün xəlayiq tə’n edər. Ol məhi kim gördü kim, hüsninə heyran olmadı?
Lüğət: Didə – göz; Dün – dünən, gecə; Xurşid – günəş; Ruxsar – yanaq, üz; Qəmər – ay; Taban – parlaq; Lacərəm – yəqin, şübhəsiz