Əsas məzmuna keç

Qəzəl

Dilbəra, hicrin yərasinə ləbin mərhəm düşər

Şah İsmayıl Xətai

1

Dilbəra, hicrin yərasinə ləbin mərhəm düşər, Ol dişün incusi tək dəryadə həm dür kəm düşər.

Mən səninlən, dilbəra, bir əhdü peyman eyləsəm, Müddəilərinin içinə dəmbədəm matəm düşər.

Yüzüni eşq əhli gər görərsə, ey xubi-Xötən, Onların könlündə qəm, qayğu, kədər xürrəm düşər.

Aləmi gəzdim təmamət, görmədim hüsnin kimi, Dünyəni gəzsən xəmusin eylə səntək kəm düşər.

Bu Xətayinin kəlamini eşitsə hər zaman, Ol Xötənlə Çin eli hər dəmbədəm bərhəm düşər.

Lüğət: Hicr – ayrılıq; Xürrəm – şad; Hüsn – gözəllik; Çin – düz, doğru, qıvrım; Bərhəm – qarışıq, dağınıq

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.