Əsas məzmuna keç

Qəzəl

Dilbəra, gül görmədim gülşəndə rüxsarın kimi

Şah İsmayıl Xətai

1

Dilbəra, gül görmədim gülşəndə rüxsarın kimi, Mehri mah olmaz fələk yüzündə didarın kimi.

Gər siyəhdir dünyada leylilə zülmatü siyəh, Olmuya bunlar siyah ol türreyi-tarın kimi.

Al ilən aldı mənim könlümni məndən, duymadım, Sehr içində görmədim ol çeşmi-məkkarın kimi.

Sormuşam, qəndilə şəkkər ləzzəti xoşdur, vəli Ol dəxi şirin degil lə’li-şəkərbarın kimi.

Bu Xətayi xəstəyə neyçün vəfalər qılmadun, Yoxdurur mehrin təki könlündə iqrarın kimi.

Lüğət: Mehr – günəş; Mah – ay; Didar – görüş, üz; Siyah – qara; Çeşmi – giryan – ağlar göz; Vəli – ancaq, lakin

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.