Dilbəra, gözdən cəmalın bir nəfəs dur olmasun
Dilbəra, gözdən cəmalın bir nəfəs dur olmasun, Yaşlu çeşmimdə yüzündən ayru heç nur olmasun.
Ta ki, eşqinlən sənin mə’mur olubdur dil evi, Eşqin ol viranədən bir ləhzə mə’zur olmasun.
Əbri-neysan ta cəmalın gülşəninə su verür, Qətreyi-yaşimdən özgə anda yağmur olmasun.
Ta ki, səndən ayru düşdüm, görmədim səbrü qərar, Hiç aşiq dilbərindən zarü məhcur olmasun.
Ta səni sevdi Xətayi, oldu dastan aləmə, Kimsənə anın təki eşqində məşhur olmasun.
Lüğət: Dur – uzaq; Mur – qarışqa; Dil – ürək; Əbri – neysan – yağmurlu bulud; Qətreyi – baran – yağış damcısı; Məhcur – unudulmuş, uzaqlaşmış