Əsas məzmuna keç

Qəzəl

Dilbəra, ğəmgin könülmü şad qılsan, vəqtidir

Şah İsmayıl Xətai

1

Dilbəra, ğəmgin könülmü şad qılsan, vəqtidir, Bu yıxılmış könlümü abad qılsan, vəqtidir.

Xeyli müddətdir ki, könlüm eşq ilə viranədir, Şimdi ol viranəni abad qılsan, vəqtidir.

Ey şəhi-lütfü kərəm, bir gəz eşit fəryadimi, Bənd içindən bəndəni azad qılsan, vəqtidir.

Firqətin dövrində çəkdim möhnətü cövrü cəfa, Şimdi vəslin yoluna irşad qılsan, vəqtidir.

Çünki dərdi-eşqini olmaz nihan etmək anın, Ey Xətayi, dərd ilən fəryad qılsan, vəqtidir.

Lüğət: Firqət – ayrılıq; Cövr – zülm; Vəsl – qovuşmaq; İrşad – doğru yol göstərmə, öyüd vermə; Nihan – gizli

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.