Əsas məzmuna keç

Qəzəl

Dilbəra, eşqini təndə saxlaram canım kimi

Şah İsmayıl Xətai

1

Dilbəra, eşqini təndə saxlaram canım kimi, İstərəm mehrini can təxtində sultanım kimi.

Yasəmən tək rüxlərin gördüm, əya ruhi-rəvan, Yaşlarım gözdən rəvan oldu yenə qanım kimi.

Qəddini can bağçasında istərəm hər dəmbədəm, Çeşmeyi-çeşmimdə bit sərvi-xuramanım kimi.

İncimən dərdindən, ey könlüm alan nazik sənəm, Vardurur mehri-ləbin könlümdə dərmanım kimi.

Ey Xətayi, eşidib hər dəm mənim fəryadimi Nalə qıldı nöh fələklər ahü əfğanım kimi.

Lüğət: Mehr – günəş; Rəvan – həyat, diri, axan, gedən, ruh, can; Çeşmeyi – heyvan – dirilik bulağı

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.