Əsas məzmuna keç

Qəzəl

Dilbəra, eşqində mən tək kimsə məşhur olmadı

Şah İsmayıl Xətai

1

Dilbəra, eşqində mən tək kimsə məşhur olmadı, Ya sənin tək hüsninə heç kimsə məğrur olmadı.

Hur ilən baği-beheşti qıldılar tə’rif, leyk Eşigin tək cənnətü hüsnin kimi hur olmadı.

Ta ki, eşqin gəlmədi, şaha, bu könlüm təxtinə, Ey sənəm, şəhri-vücudim beyti-mə’ur olmadı.

Nuri-eşqin, dilbəra, könlümə ta kim düşmədi, Zülməti-könlüm evi aləmdə pür nur olmadı.

Xaki-payini Xətayi ta ki çəkdi çeşminə, Görmədin bu dövləti düşmən gözü kur olmadı.

Lüğət: Hüsn – gözəllik; Nuri – rəhman – ilahi nur; Pür – dolu

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.