Dilbəra, eşqində aləm sərbəsər qovğa çəkər
Dilbəra, eşqində aləm sərbəsər qovğa çəkər, Sanma ki, eşqin bəlasın mən qulun tənha çəkər.
Gər sana təqrir edəm şərhi-dərunum şəmməsin, Bazuyi-himmət qələm bər-kuhü ba-səhra çəkər.
Aşiqi-həqbin qılır yarın tamaşasın bu gün, Zahidi-xudbin durubdur qüsseyi-fərda çəkər.
Sübhi-vəslindən camalın afitabın görməyə, Gözlərim ta sübhdəm bidariyi-şəbha çəkər.
Ey Nəsimi, yarın əsmasın dilindən qoymagil Kim, müsəmmaya səni xasiyyəti-əsma çəkər.
Lüğət: Təqrir – Təsdiq etmək; Həqbin – Həqiqət görən; Yarın – Səhər; Fərda – Sabah; Afitab – Günəş; Əsma – Adlar