Əsas məzmuna keç

Qəzəl

Dilbəra, eşqin tənimdə sevgili candır mana

Şah İsmayıl Xətai

1

Dilbəra, eşqin tənimdə sevgili candır mana, Pərtövi-mehri-rüxin xurşidi-tabandır mana.

Dərdi-hicrindən sənin hərgiz şikayət qılmazam, Hic əlac etmən tələb, neyçün ki, dərmandır mana.

Asitanın xakini vermən cəmii-aləmə, Hər ayağın toprağı mülki-Süleymandır mana.

Ta cəmalın müshəfin gördüm, əya nuri-ilah, Zikri-eşqin dildə laim virdi-Qur’andır mana.

Ey Xətayi, xubların cövri vəfadır aşiqə, Firqəti mehr nigarın, cövri ehsandır mana.

Lüğət: Mehr – günəş; Xurşid – günəş; Taban – parlaq; Hərgiz – heç vaxt; Asitan – eşik, astana, hökmdar qapısı; Müshəf – Quran; Nuri – rəhman – ilahi nur; Zikr – anma, söyləmə; Vird – bir duanı həmişə söyləmək; Xublar – gözəllər; Cövr – zülm; Firqət – ayrılıq; Nigar – sevgili, bəzəkli

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.