Əsas məzmuna keç

Qəzəl

Dilbəra, eşqin sənin cismimdə canım canıdır

Şah İsmayıl Xətai

1

Dilbəra, eşqin sənin cismimdə canım canıdır, Vəsli-rüxsarın xəyalı könlümün dərmanıdır.

Firqətin dövrində, dilbər, xəstə canım oldu zar, Şərbəti-lə’li-ləbin bu dərdimin dərmanıdır.

Mehrü qəhrindən anın, aşüftə könlüm, qəm yemə, Kim, mana cövrü cəfası lütf ilə ehsanıdır.

Zahida, vermə nəsihət eşqi tərk etgil deyü, Aşiqin, Allah bilür kim, sevgisi rəhmanıdır.

Ey Xətayi, cövrü qəhrindən cahanın incimə, Hər nə kim, bəndə yoluna gəlsə həq fərmanıdır.

Lüğət: Vəsl – qovuşmaq; Firqət – ayrılıq; Mehr – günəş; Cövr – zülm

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.