Dilbəra, eşqi-rüxün daim bu can üstündədir
Dilbəra, eşqi-rüxün daim bu can üstündədir, Bir gülə nisbətdir ol kim, gülstan üstündədir.
Şol münəvvər çöhrənin qatında kəmtər zərrədir, Gərçi xurşidin məqami afitab üstündədir.
Eşqinə seyd olalı hər dəm bu canım qəsdinə Qaşü gözün, dilbəra, tirü kaman üstündədir.
Gərçi derlər mahi-taban nur alur xurşiddən, Nuri-hüsnin afitabi kün-fəkan üstündədir.
Dövləti-vəslin dilər miskin Xətayi hər zaman, Xaki-payin tək məqami asitan üstündədir.
Lüğət: Şol – o; Münəvvər – işıqlı; Qatında – yanında; Kəmtər – lap az, azacıq, etibarsız; Xurşid – günəş; Seyd – ov; Taban – parlaq; Nuri – rəhman – ilahi nur; Hüsn – gözəllik; Kün – fəkan – dünya, aləm; Vəsl – qovuşmaq; Asitan – eşik, astana, hökmdar qapısı