Əsas məzmuna keç

Qəzəl

Dilbəra, dildə sənin mehri-rüxün can kimidir

Şah İsmayıl Xətai

1

Dilbəra, dildə sənin mehri-rüxün can kimidir, Şərbəti-lə’li-ləbin dərdimə dərman kimidir.

Baği-hüsnində boyun sərvi-xuraman dedilər, Zülmət içində ləbin çeşmeyi-heyvan kimidir.

Taki səndən düşəli ayrı, əya ruhi-rəvan, Gözümün yaşı mənim qətreyi-baran kimidir.

Ruyü muyin görəli fürqəti-hicranda nə ğəm, Zülfü ruyin, sənəma, şəm’i-şəbistan kimidir.

Bu Xətayi düşəli söhbəti-vəslindən irağ, Bağrı büryan kimivü gözləri giryan kimidir.

Lüğət: Mehr – günəş; Çeşmeyi – heyvan – dirilik bulağı; Rəvan – həyat, diri, axan, gedən, ruh, can; Qətreyi – baran – yağış damcısı; Baran – yağış; Fürqət – ayrılıq; Şəbistan – yataq otağı, hərəmxana

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.