Əsas məzmuna keç

Qəzəl

Dilbəra, dərdimə dərman səndən özgə kimsə yox

Şah İsmayıl Xətai

1

Dilbəra, dərdimə dərman səndən özgə kimsə yox, Həm dəxi könlümdə iman səndən özgə kimsə yox.

Hicr evində mən kiminlə həmdəm olum, ey sənəm, Könlümün şəhrində mehman səndən özgə kimcə yox.

Xızr tək zülmətdə qaldım, bir mədəd qıl tanrıçün, Təşnə içün abi-heyvan səndən özgə kimsə yox.

Hər nə kim, hökm eyləsən, eylə mənə, ey eşqi-yar, Könlümün təxtində sultan səndən özgə kimsə yox.

Bu Xətayi xəstənin vergil murdaın, ya ilah, Kim, mənə lütf ilə ehsan səndən özgə kimsə yox.

Lüğət: Hicr – ayrılıq; Mədəd – kömək; Təşnə – susuz; Abi – həyat – dirilik suyu

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.